‘Media haqqında’ qanunla bağlı Venesiya Komissiyasına müraciət edilə bilər
27 Yanvar 2022
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennaxın “Media haqqında” yeni qanunla bağlı Venesiya Komissiyasına müraciət edəcəyi gözlənilir. “Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu onların verdiyi sorğuya cavabında Ştefan Şennax bildirib.
Xəbərdə qeyd edilir ki, məruzəçinin dediyinə görə, o Venesiya Komissiyasından sənədin ekspertizasını aparmağı xahiş edəcək.
Agentliyin xəbərinə görə, bir müddət öncə ABŞ Dövlət Departamentinin sözcüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.
“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib: “Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.
O, daha sonra əlavə edib: “Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Azərbaycan Prezidenti, hələki qanunu imzalamayıb.