Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Media haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olunacaq

Sabah Milli Məclisdə geniş tərkibdə “Media haqqında” qanun layihəsinə həsr olunan növbəti müzakirə təşkil olunacaq.

Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsinin geniş tərkibdə müzakirəsinin keçirilməsi ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinə müvafiq tapşırıq vermişdi.