Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mbappe "Real Madrid"ə keçir

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe karyerasını İspaniyada davam etdirəcək.

"Bild" nəşri xəbər verir ki, "Real Madrid" 24 yaşlı hücumçu ilə razılıq əldə edib.

"Kral klubu" yayda Fransalı oyunçu ilə müqavilə imzalayacaq. Mbappenin illik maaşı 41,5 milyon funt sterlinq olacaq.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatacaq. (Report)