Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Maşın bazarı"nın "ölü" günləri

Son vaxtlar avtomobil bazarında durğunluq yaşanır. Səbəb avtomobillərin qiymətinin artmasıdır.

Satıcılar deyirlər ki, yanvar ayının 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qiymətlərin artmasına səbəb olub.

Onların sözlərinə görə, bazarda baş verən bahalaşma daha çox psixoloji təzyiqlə baş verir. Rüsumu 200 manat artan avtomobilin qiyməti bir qayda olaraq 10 faizə qədər bahalaşıb.

Yeni qaydalara əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid və elektrik avtomobillərinin idxalı və satışı ƏDV-dən azad edilir. Amma bu avtomobillərin istehalsçı ölkələrdə satış qiyməti yuxarı olduğundan yerli bazarda onlara olan tələbat olduqca aşağıdır.

Daxili bazarda olan, ili köhnə avtomobillərdə də qiymət artımı nəzərəçarpacaq dərəcədədir.

Qeyd edək ki, dəyişikliyə əsasən, bu ildən mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsal tətbiq edilir. (Pravda)