Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariupolda 400 nəfərin sığındığı məktəb bombalandı

Martın 19-da Rusiya qoşunları Mariupoldakı 12 nömrəli incəsənət məktəbini bombalayıb.

Ukrayna KİV-i xəbər verir ki, Mariupolun Levoberejnıy rayonunda yerləşən məktəbə qadınlar, uşaqlar və qocalar olmaqla 400 nəfər şəhər əhalisi sığınıbmış. Rusiya məktəbə aviasiya bombası atıb. Nəticədə bina dağılıb, insanlar dağıntılar altındadır.

Mariupol şəhər şurasından bildiriblər ki, Rusiya qoşunları hər gün şəhərə 50-100 aviabomba atırlar. Xeyli dinc sakin həlak olub, şəhərdəki binaların 90 faizi ciddi zədələnib.