Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron istefa verməkdən imtina edib

Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər vəzifəsini davam etdirmək niyyətini təsdiqləyib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram”, - Makron xalqa müraciətində deyib.

Dünən Fransa prezidenti ölkənin baş naziri Mişel Barnyenin hökuməti istefaya göndərmək xahişini qəbul edib. Makron bildirib ki, kabinetin yeni rəhbərinin təyinatı yaxın günlərdə baş tutacaq.

Bir gün əvvəl Fransa Milli Assambleyası baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib.