Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron Fransaya yeni Baş nazir təyin edib

Fransa Prezidenti Emmanuel Makron ölkəyə yeni Baş nazir təyin edib.

Bu vəzifəyə silahlı qüvvələr naziri Sebastyen Lekornyu təyin olunub.

Vurğulanıb ki, siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra Lekornyu gələcək nazirlərin siyahısını dövlət başçısının təsdiqinə təqdim edəcək.

Yeni Baş nazir 2017-ci il prezidentlik kampaniyası zamanı Makron tərəfindən qurulan "İntibah" partiyasının üzvüdür.

O, sağ mərkəzçi Respublikaçılar partiyasından qoşulub. 2017-ci ildən ölkə hökumətində müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə xarici ərazilər naziri təyin edilib. 2022-ci ilin may ayından Fransa silahlı qüvvələrinin naziri vəzifəsində çalışır.