Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makron baş nazirin istefasını qəbul edib

Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib.

Bu barədə Yelisey sarayı məlumat yayıb.

“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, - qısa bəyanatda deyilir.

Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.

Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış siyasi böhranın nəticəsi olub.