Makron: ABŞ etibarsız müttəfiqdir
25 Aprel 2026
Fransanın dövlət başçısı Emmanuel Makron Vaşinqtonu tam güvənilən tərəfdaş kimi qəbul etmədiyini açıqlayıb.
O, bu fikirləri Yunanıstanın paytaxtı Afinada "Kathimerini" nəşrinin təşkilatçılığı ilə baş tutan debatda səsləndirib.
"Hər kəsə aydındır ki, dünyanın bir nömrəli dövləti sayılan ABŞ bəzi ölkələr üçün müttəfiq kimi çıxış edə bilər, ancaq bu müttəfiqlik o qədər də mütləq deyil və heç kim onun tam etibarlılığına inanmır," - deyə Fransa lideri vurğulayıb.
Qeyd edək ki, E.Makron bundan öncə Nikosiyada tələbələr qarşısında çıxışı zamanı Vaşinqtonun uzunmüddətli perspektivdə Avropanın müdafiəsindən imtina edəcəyini vurğulamışdı.