Logo
news content
User
Kateqoriyalar

Xəbər

Macarıstan Rusiya neftindən imtina etmək istəmir

Macarıstan enerji təchizatı məsələsinə realist yanaşır və Rusiya neftindən imtina etmək imkanında deyil.

Bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər real baxsaq, biz Rusiya neftindən imtina edə bilmərik,” – deyə nazir vurğulayıb.

Siyartonun sözlərinə görə, enerji təchizatı məsələsinə siyasət deyil, fiziki reallıqlar prizmasından yanaşmaq lazımdır.

“Siyasətlə evləri isitmək və ya soyutmaq mümkün deyil”, - nazir qeyd edib.