Logo
news content
User
Kateqoriyalar

Xəbər

Luqanskda Rusiya hərbi bazası dağıdılıb, "Su-25" təyyarəsi vurulub

Ukraynanın işğal altında olan Luqansk vilayətində Rusiyanın hərbi bazası dağıdılıb.

Bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqramda yazıb.

O bildirib ki, nəticədə Rusiyanın xeyli texnikası və canlı qüvvəsi məhv edilib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.

Xatırladaq ki, daha əvvəl Rusiya qoşunlarının Luqanskın Kremennaya şəhərini tərk etməsinə dair məlumat yayılmışdı.

İşğal altında olan Xerson vilayətində isə Rusiya Silahlı Qüvvələrinin "Su-25" qırıcı təyyarəsi vurulub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Komandanlığından bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi Rusiyanın döyüş təyyarəsini məhv edib.