Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alınıb

Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Lukaşenko daxil olmaqla prezidentlik postu uğrunda 5 namizəd mübarizə aparacaq.

MSK-nın məlumatına görə, Lukaşenko namizədliyinin dəstəklənməsi üçün 2,5 milyondan çox, qalan namizədlər isə hər biri 100 mindən bir qədər çox imza toplayıb.