Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər
03 Noyabr 2026
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda başa çata bilər.
BELTA istinadən xəbər verir ki, o, bu barədə Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bildirib.
"Ukraynadakı müharibə yaxın aylarda başa çatacaq. Bu mənim şəxsi fikrimdir. Vəssalam: güc yoxdur, resurs yoxdur, hamı yorulub", - Belarus lideri deyib.
A.Lukaşenko həmçinin hesab edir ki, münaqişənin daha da gərginləşməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər:
"Əgər biz dayanmasaq, eskalasiya yolu ilə getsək, mütləq üçüncü dünya müharibəsinə gəlib çıxacağıq. Bunun nə ilə bitəcəyini artıq böyük siyasətçilər də ucadan deyirlər. Okeanın o tayında isə nüvə zərbəsindən gizlənə bilməzsən".