Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko üçüncü dünya müharibəsi vəd edir

Ukraynaya Qərbin sülhməramlı kontingentinin yeridilməsi barədə Polşanın təklifini şərh edərkən Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, belə hərəkət üçüncü dünya müharibəsinə gətirərdi. BELTA ondan sitat gətirir.

«Siz ki, görürsünüz, ağlını itirmiş bu polyaklar artıq təklif edirlər… Gəlin, 100 mindən ibarət sülhməramlı güc yaradaq və onu Lvov üzərindən Ukraynaya yeridək. Siz, anlayırsınızmı, bu, üçüncü dünya müharibəsidir? Və siz fikirləşirsiniz ki, biz fağır kimi bir kənarda qalacağıq?» - Lukaşenko bəyan edib.

Belarus lideri qeyd edib ki, situasiya çox ciddi və gərgindir - Belarusu sadəcə sapoq altında əzərlər…

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynaya ordu göndərməyi planlaşdırmır. O, həm də təsdiqləyib ki, Ukraynanın NATO-ya birləşdirilməsi hələ ki, gündəlikdə deyil.