Logo
news content
User
Kateqoriyalar

Xəbər

Los-Anceles Olimpiadası: İlkin proqramdakı növlərin siyahısı açıqlandı

2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının ilkin proqramına daxil edilən idman növlərinin adları bəlli olub.

Belnəlxalq Olimpiya Komitəsinin rəsmi saytında xəbər verilir ki, ilkin siyahıda 28 növ yer alıb.

Bunlar atletika, akademik avarçəkmə, badminton, basketbol, ​​kayak və kanoe, velosiped idmanı, atçılıq, qılıncoynatma, futbol, ​​qolf, gimnastika, həndbol, xokkey, cüdo, güləş, üzgüçülük, reqbi-7, taekvondo, tennis, stolüstü tennis, atıcılıq, oxatma, triatlon, yelkənli idman və voleyboldur.

28 idman növünə ötən il Tokio olimpiadasında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma da daxildir. Bu növlərin Los-Anceles-2028-də də qalmalarını olimpiya növləri üzrə komissya təklif edib. Təklif IOC İcraiyyə Komitəsindən dəstək alıb.

Boks, ağırlıqqaldırma və müasir beşnövçülük (pentatlon) isə proqramda qalmaq üçün müxtəlif meyarlara cavab verməli, müvafiq federasiyalar yerlərini qorumaqdan ötrü islahatları başa çatdırmalıdırlar.

2023-cü ildə Los-Anceles-2028-in Təşkilat Komitəsi əlavə idman növləri təklif edə bilər. Yekun siyahı 2023-cü ilin dekabrında təsdiqlənəcək.

Qeyd edək ki, ABŞ-dakı yarışın 2028-ci il 21 iyul - 6 avqustda keçirilməsi planlaşdırılır. (Report)