Logo
news content
User
Kateqoriyalar

Xəbər

Londonda görüşdən kim imtina edib - Azərbaycan, yoxsa Ermənistan?

Azərbaycan tərəfi bildirib ki, Londonda Ermənistanın baş naziri Nikol Paşinyan prezident İlham Əliyevlə görüşdən imtina edib.

Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev yerli KİV-ə açıqlamasında deyib. Onun sözlərinə görə, Britaniya ikitərəfli görüş keçirməyi təklif edib.

Amma erməni tərəfi Azərbaycanın Avropa siyasi birliyinin sammiti çərçivəsində Londonda Paşinyan-Əliyev görüşü ilə bağlı erməni tərəfinin təklifini qəbul etmədiyini iddia edib. Bu barədə iyulun 18-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib.

“Erməni tərəfi Böyük Britaniyada Avropa siyasi birliyinin sammiti çərçivəsində Ermənistanın baş nazirilə Azərbaycan prezidentinin ikitərəfli görüşünün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. Erməni tərəfinin təklifi qüvvədə qalır", -  o qeyd edib.