Logo
news content
User
Kateqoriyalar

Xəbər

Londonda səfirliyimizə hücum edənlər kimlərdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Radikallar səfirlik binasına daxil olarkən dini şüarlar səsləndirib və əllərində müvafiq bayraqlar tutublar.

Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb. Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xarici medianın məlumatına görə, hücum “Mehdinin xidmətçiləri ittifaqı” dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet saytlarında “sivilizasiya hökmranlığı” qurmaq istədiklərini bildirirlər.

Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı Ayətullah Şirazini təqlid edir. Yaser əl-Həbib əslən küveytlidir, Londonda yaşayır. Qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.

Yasir Əl-Həbibi mübahisəli din xadimidir. Onun “Cənnət xanımı” filmi islam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində Britaniyada prokatdan yığışdırılıb.