Logo
news content
User
Kateqoriyalar

Xəbər

London Kiyevə daha öldürücü silahlar verəcək

Böyük Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin edəcək.

UNİAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazir deyib ki, ölkə müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı effektiv şəkildə müdafiə olunmaq üçün Ukraynanı daha çox öldürücü silahlarla təmin etməyə razılaşıb.

Yardıma hava və sahil mühafizə sistemləri, daha uzaqmənzilli artilleriya, maddi-texniki dəstək daxildir.

"Bugünkü donor konfransı beynəlxalq ictimaiyyətin Rusiyanın qeyri-qanuni və əsassız müdaxiləsi qarşısında Ukraynanın yanında olmaq əzmini nümayiş etdirir. Biz hərbi dəstəyi gücləndirmək üçün koordinasiyamızı gücləndiririk", - Uolles əlavə edib.