Logo
news content
User
Kateqoriyalar

Xəbər

Liz Trass yeni hökuməti formalaşdırmağa başlayıb: İlk vacib təyinatlar

Böyük Britaniyanın yeni baş naziri Liz Trass kabinetin tərkibini yaratmağa başlayıb.

İlkin olaraq Tereza Koffi  Səhiyyə və Sosial Məsələlər üzrə nazir təyin edilib. O, həm də baş nazirin müavini vəzifəsini tutacaq.

Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi postuna  Ceyms Kleverli təyin olunub. O, öncəki kabinetdə təhsil naziri postunda idi.

Kvasi Kvartenq yeni maliyyə naziri təyin edilib. Suella Braverman Böyük Britaniyanın yeni daxili işlər naziri olub. Brandon Luis isə ədliyyə naziri vəzifəsinə təyin olunub.

Britaniyada formalaşan yeni hökumət kabinetində müdafiə naziri Ben Uolles öz postunu saxlayıb.