Logo
news content
User
Kateqoriyalar

Xəbər

Liz Trass Baş nazir vəzifəsinin icrasına başlayıb

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass vəzifəsinin icrasına başlayıb.

Şotlandiyanın Balmoral qəsrində 47 yaşlı siyasətçinin kraliça II Elizabetlə audensiyasının fotosu yayılıb.

Fotonu Bukingem sarayı paylaşıb.

Ənənəyə görə, monarx seçilmiş Baş nazirlə görüşdə ona hökuməti qurmağı tapşırır.

Bundan əvvəl 96 yaşlı kraliça üç ildən bir qədər çox bu vəzifədə çalışan Boris Consonun istefasını qəbul edib. II Elizabetin B.Consonla görüşü təxminən 40 dəqiqə çəkib. Görüşə sabiq hökumət başçısının həyat yoldaşı Kerri də qatılıb.