Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lerikdən ziyarətdən qayıdanlar qəzaya düşdü: 8 ölü, 10-dək yaralı - FOTO

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

***

Hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

DİN Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirilib ki, ilkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

***

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Yaralıların bəzilərinin adı açıqlanıb:

Seyyadov Səyyad Hacıbala oğlu - sürücü

Kərimova Nazilə Ağaəli qızı

Fərəcova Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa qızı

***

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

Təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

İlkin məlumata görə, qəzaya uğrayan avtobusdur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar və ölənlər Lerik, Lənkəran və Masallı xəstəxanalarına aparılır.

Əlavə məlumat veriləcək. (APA)