Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov və Blinken Kambocada görüşəcəklər

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Kambocada görüşəcək.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Şübhə etmirəm ki, əgər onun (Entoni Blinken – red.) Lavrovla söhbət etmək imkanı olarsa, bunu edəcək. Əgər bu, birbaşa baş verməsə, əminəm ki, katib Blinken özü görüş istəyəcək" - deyə Kirbi bildirib.