Logo
news content
User
Kateqoriyalar

Xəbər

Latın Amerikasının ən böyük limanı Pelenin adını daşıyacaq

Braziliyanın Santos şəhərində yerləşən Latın Amerikasının ən böyük limanı dekabrın 29-da dünyasını dəyişən üçqat futbol çempionu Pelenin şərəfinə adlandırılacaq.

Bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüsün müəllifi şəhərin keçmiş meri, hazırda isə federal parlamentin üzvü Paulo Aleksandr Barbosa olub.

Pele (əsl adı - Edson Arantis do Nascimento) üç dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə futbolçu olub. Pele idman mediasına görə dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb, əsrin müxtəlif simvolik komandalarına daxil edilib.

Futbol əfsanəsi dekabrın 29-da düz bağırsağın xərçəngi fonunda səhhətinin pisləşməsi səbəbindən qəbul edildiyi San-Pauludakı özəl klinikalardan birində vəfat edib. Onun ölümü ilə əlaqədar Braziliyada üç günlük matəm elan edilib.