Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lamiyə Vəliyeva yeni dünya rekordu ilə Paralimpiya çempionu oldu

Azərbaycan Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Pressklub.az xəbər verir ki,  növbəti qızıl medal paratletimiz Lamiyə Vəliyevanın sayəsində reallaşıb.

Belə ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.

Qeyd edək ki, Lamiyə Vəliyevanın göstərdiyi 11.76 saniyə nəticə yeni dünya və Paralimpiya rekordurur.