Küveyt İranın iki diplomatını ölkədən qovur
04 İyun 2026
Küveyt iki İran diplomatını arzuolunmaz şəxslər elan edib, onlara 24 saat ərzində ölkəni tərk etmək tapşırılıb.
Bu barədə Küveyt mediası məlumat yayıb.
"Küveytin Xarici İşlər Nazirliyi İran İslam Respublikasının ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq Küveyt ərazisinə və mülki infrastruktura davam edən hücumları qınayan rəsmi etiraz notası təqdim edib", - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün İran PUA-larının və raketlərinin Küveytə hücumu nəticəsində bir nəfərin öldüyü, 63 nəfərin xəsarət aldığı bildirilmişdi. Küveytin Silahlı Qüvvələri iyunun 3-ü səhər saatlarından etibarən İranın 13 ballistik raketini və 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.