Kurskda 80-dən çox rusiyalı çağırışçı itkin düşüb
24 Avqust 2024
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra azı 81 çağırışçı əsgər itkin düşüb.
Bu barədə “BBC” məlumat verib.
Onların yaxınları bildiriblər ki, çağırışçıların əksəriyyəti Rusiya Quru Qoşunlarının Bryansk vilayətinin Klintsı şəhərində yerləşən 488-ci motoatıcı alayında xidmət ediblər. Son aylarda Kursk vilayətində sərhəd mövqelərinə aparılıblar.
Çağırışçıların hücum zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü bildirilir.