Kurskda 3 minə yaxın rus əsgəri mühasirəyə alınır
22 Avqust 2024
Kreml Ukraynanın Kursk vilayətinə hücumunu dayandıra bilmir və hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyanın növbəti böyük qəsəbəsi – Korenevo uğrunda döyüşə başlayır.
“Bild”in eksperti Yulian Röpke yazır ki, avqustun 20-də Rusiyanın "Şimal" qruplaşmasının teleqram- kanalı bir video yayımlayıb. Videoda görünür ki, Ukrayna Silahlı Qüvvələri Korenevo qəsəbəsinin girişindən 300 metr aralıda (sərhəddən 19 kilometr) dayanır. Bu kadrlar Korenevo uğrunda döyüşlərin başladığını təsdiqləyir, Röpke qeyd edir.
Onun fikrincə, bu qəsəbənin itirilməsi Vladimir Putinin reputasiyası üçün Sucanın itirilməsindən də pis olacaq.
"Sucadan fərqli olaraq, o, hücumun qəflətən olmasına və hazırlıqsız müdafiəyə istinad edə bilməyəcək. Kursk vilayətində ikihəftəlik döyüşlərdən sonra Rusiya ordusu möhkəmlənmə üçün bölgəyə minlərlə əsgər çıxarıb. Bu vəziyyətdə Ukrayna ekspedisiya korpusuna məğlub olmaq Rusiya hərbi rəhbərliyi üçün dəhşətli rüsvayçılıq olardı", - “Bild”in eksperti vurğulayır.
Bundan əlavə, Röpke Ukrayna Silahlı Qüvvələrinin digər istiqamətlərdə də uğurla irəlilədiyini qeyd edir. Əsasən, Ukrayna qoşunları inadkar döyüşlərdən sonra Sucanın şimal-şərqində Martınovka kəndini nəzarətə götürüblər. Kənd birbaşa Kursa aparan yolda yerləşir.
"Martınovkanı çeçen bölmələri müdafiə ediblər, kənd Sucaya potensial əks- hücum üçün başlanğıc nöqtəsi kimi vacib idi", - o qeyd edib.
ISW analitikləri bildirirlər ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin irəliləməsini dayandırmağa cəhd etmək üçün Donetsk vilayətində Çasov Yardan öz bölmələrini Kursk vilayətinə köçürüb.
Bundan əvvəl “Bild” yazırdı ki, Kursk vilayətində Seym çayı üzərindəki körpülər məhv edildikdən sonra Ukrayna Silahlı Qüvvələri Qluşkovski rayonunda rus qoşunlarıni "mühasirəyə" almaq üçün daha 2,6 kilometr yol qət etmək qalır. Eyni zamanda, 3 minə qədər rusiyalı hərbçi mühasirəyə düşə bilər.