Kupyansk şəhəri ruslardan tamamilə azad edildi
17 Sentyabr 2022
Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.
Bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi - red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.
"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - Veliçko qeyd edib.
S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.
Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.