Logo
news content
User
Kateqoriyalar

Xəbər

KTMT Belarusda nüvə silahından istifadəni məşq edəcək

"Zapad-2025" hərbi təlimlərinin iştirakçıları tərəfindən nüvə silahından istifadənin planlaşdırılması həyata keçiriləcək.

TASS xəbər verir ki, bunu jurnalistlərə Belarus Baş Qərargahının rəisi Pavel Muraveyko deyib.

Bildirilib ki, KTMT-nin təlimləri sentyabrın 12-dən 16-dək Belarus ərazisində keçiriləcək. Onların mövzusu ittifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları üçün qoşun qruplarından istifadə olacaq.

Belarus və Rusiya hərbçiləri hava zərbələrini dəf etməyi və düşmənin təxribat qrupları ilə mübarizə aparmağı məşq edəcəklər.