Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kremldən Pelosinin İrəvana səfərinə ilk reaksiya

“Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini alqışlamağa hazırdır. Lakin əgər bu, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinə həqiqətən də töhfə verərsə...”

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ucadan səsləndirilən bəyanatlar reallıqda münasibətlərin normallaşmasına töhfə verə biləcəkmi? Zamanla bütün bunlar aydın olacaq”, - deyə Peskov söyləyib.