Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kremldən hədə: Ukraynada tikiləcək "Bayraktar" zavodu dağıdılacaq

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilosuz uçuş aparatlarını istehsal edəcək zavodun yaradılacağına münasibət bildirib.

Kremlin rəsmisi deyib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.