Kreml Zelenskinin seçki atəşkəsi təklifini rədd edib
12 Oktyabr 2026
Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.
Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır.
Kremlin sözçüsü həmçinin əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə Amerika danışıqçılarına minnətdardır.
Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılaşarsa, Ukraynanın seçkilər keçirməyə hazır olduğunu bildirib.