Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml: Ukraynadakı vəziyyətin diplomatik həlli perspektivi yoxdur

“Ukraynada vəziyyətin diplomatik yolla nizamlanması üçün hazırda heç bir perspektiv yoxdur”.

Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “Interfaks”a deyib.

“Hazırda belə bir perspektiv görünmür”, - sözçü vurğulayıb.

Qeyd edək ki, son zamanlar danışıqlar mövzusunu daha çox Rusiya ortaya atırdı. Müharibədə uğursuzluq Moskvanı danışıqlar mövzusunu ortaya atmağa məcbur edir. Bu dəfə isə Ukrayna tərəfi danışıqları rədd edir. Rəsmi Kiyev mövzunun ancaq Rusiyanın Krım da daxil olmaqla bütün işğal edilmiş ərazilərdən çıxmaq məsələsi ola biləcəyini, əks təqdirdə hərbi əməliyyatların alternativinin olmadığını vurğulayır.