Kreml Trampa cavab verib: Rusiya ayıdır
24 Sentyabr 2025
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanın “kağız pələng” olması ilə bağlı iddiasını rədd edib.
Kreml rəsmisi Rusiyanın pələng deyil, ayı olduğunu bildirib.
“Rusiya pələng deyil, ayıdır, “kağız ayı” olmur ”, - Putinin sözçüsü Trampın sözlərini şərh edərkən deyib.