Kreml Paşinyana cavab verdi: Bakının razılığı olmalıdır
29 Dekabr 2022
RF prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 27-də Sankt-Peterburqda Laçın dəhlizi mövzusunu ətraflı müzakirə ediblər. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya regionda gərginlikdən narahatdır və Ermənistan və Azərbaycan arasında nizamlanmaya köməyi davam etdirəcək.
"Rusiya Federasiyası ilk növbədə üçtərəfli əsaslarla əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirir və bundan sonra da davam etdirmək niyyətindədir", deyə RİA-Novosti Peskovdan sitat gətirir.
Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlı kontingent göndərmək çağırışına cavabda o, belə deyib: "Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarına BMT mandatı verilməsi, habelə beynəlxalq qüvvələrin cəlb edilməsi üçün Ermənistanın da, Azərbaycanın da razılığı lazımdır".
"Beynəlxalq sülhməramlılar hər iki münaqişə tərəfinin razılığı olduğu halda cəlb edilə bilər. Bu isə təkcə Ermənistan deyil, həm də Azərbaycandır", deyə Peskov qeyd edib.
RF XİN-in mətbuat katibi Mariya Zaxarova isə Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətsizliyi ilə bağlı bugünki ittihamlarına cavab verib.
XİN-də keçirilən brifinqdə çıxış edən Zaxarova bu tənqidi qəbuledilməz adlandırıb. "Rusiya sülhməramlıları yer üzərində vəziyyəti nizamlamaq üçün mümkün olan hər şeyi edirlər. Heç bir ictimai hücum məsələyə kömək etmir. Daha pis vəziyyətlər də olub. Bu vəziyyətin yaxşılaşması üçün işləyirik. İstədikləri qədər səmərəliliyin artırılması zərurətindən və s. danışa bilərlər. İndi hamı bu vəziyyətin həlli ilə məşğuldur. Amma belə şeylər demək və bəyan etmək sadəcə olaraq yer üzərindəki reallıqları başa düşməməkdir", deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi ilə bağlı vəziyyətə dəqiq aydınlıq gətirməyə çağırıb. Bu barədə o, dekabrın 29-da hökumətin iclasında bildirib.
"Rusiya Dağlıq Qarabağ xalqı qarşısında üzərinə konkret öhdəliklər götürüb. RF vəziyyətə verdiyi qiyməti, dəhlizdə hərəkətin bərpası ilə bağlı planları və yol xəritəsini açıqlamalıdır.
Bu, Ermənistanda və Dağlıq Qarabağda cəmiyyətin BMT TŞ-nin daimi üzvü olan Rusiyadan cavab gözlədiyi sualdır", deyə Paşinyan bildirib.
RF obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, BMT TŞ-də sülhməramlı kontingentin BMT mandatı alması və ya Dağlıq Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi məqsədilə müzakirələr aparılması təşəbbüsü irəli sürməlidir, deyə o qeyd edib.