Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml: Ərdoğan-Əsəd görüşü Rusiyada keçirilə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin Rusiya ərazisində görüşünə dair hazırda heç bir razılaşma yoxdur. Lakin nəzəri cəhətdən bu görüşün Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilməsi mümkündür.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Nəzəri cəhətdən bu mümkündür, lakin bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, iki gün öncə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşməsini istəyib. Ardınca isə Ərdoğan Əsədlə görüşə biləcəyini istisna etməyib.