Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kraliçanın səhhətində problem yaranıb - Bütün övladları başına toplaşıb

Böyük Britaniyanın kralıçası II Elizabetin səhhətində problemlər yaranıb.

Məlumatı BBC yayıb.

Həkimlər sentyabrın 8-də səhər kraliçanı müayinə ediblər və ona tibbi müşahidə altında qalmağı məsləhət görüblər.

Məlumata görə, həkimlər 96 yaşlı kraliçanın səhhətindən narahat olduqlarını bildiriblər.

Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Liz Tras deyib ki, bu xəbər bütün ölkə üçün dərin narahatlıq yaradacaq.

Hökumət başçısı özünün və Böyük Britaniyada hər kəsin duasının Kraliça və ailəsinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır.

Uels şahzadəsi vəliəhd Çarlz, şahzadə xanım Anna, şahzadə Endrü, York hersoqu, şahzadə Edvard, qraf Uesseks saraydadır. Kembricin hersoqu kraliçanın nəvəsi Uilyam da qəsrdədir. Kraliçanı ziyarət edənlər arasında heç də isti münasibətdə olmadığı nəvəsi, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl da var.

Eyni zamanda, qeyd olunub ki, Bukingem və Balmoral saraylarının ətrafına sakinlər toplaşıb.