Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kraliçanın cənazəsi yanında olay: Fəxri qarovulda dayanan qvardiyaçı huşunu itirdi - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 14-ü Londondakı Vestminster sarayında kraliça II Elizabet ilə vida mərasimi başlayıb. Kraliçanın cənazəsi ətrafında kral qvardiyasının Fəxri qarovulu sutka ərzində növbətçi xidməti həyata keçirir.

Sentyabrın 15-nə keçən gecə növbə dəyişimi zamanı insident yaşanıb.

Belə ki, qvardiyaçılardan biri huşunu itirib. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən ətrafdakıların qvardiyaçının köməyinə gəldiyini görmək mümkündür. Onun səhhəti barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, qvardiyaçılar 6 saatdan bir növbəni digər əsgərlərə təhvil verir.

Xatırladaq ki, kraliçanın cənazəsi sentyabrın 19-u baş tutacaq dəfn mərasiminə qədər Vestminster sarayında qalacaq.

https://www.youtube.com/watch?v=LLmRy7ayQ_g