Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kraliça öldü, yaşasın Kral!

III Karl bu gün rəsmi şəkildə Böyük Britaniyanın Kral elan olunub.

Təntənəli mərasim Londondakı Müqəddəs Ceyms Sarayında baş tutub.

London vaxtı ilə səhər saat 10:00-da başlayan mərasim ilk dəfə canlı olaraq yayımlanıb.

Qeyd edək ki, adətən bu prosedur əvvəlki hökmdarın ölümündən bir gün sonra həyata keçirilir, lakin II Yelizavetanın ölümü axşam saatlarında məlum olduğu üçün bu dəfə tədbir təxirə salınıb.