Logo
news content
User
Kateqoriyalar

Xəbər

Korrupsiya reytinqi açıqlanıb...

Beynəlxalq şəffaflıq qurumu – “Transparency İnternational” 2021-ci ilin Korrupsiya Qavrama İndeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, 0-100 ballıq qiymətləndirməyə əsaslanan hesabatda ən təmiz ölkələr kimi 88 balla Danimarka, Finlandiya və Yeni Zelandiya yer alır.

Cənubi Sudan 11 balla ən korrupsiyalaşmış ölkə sayılır.

Azərbaycanın göstəricisi 30 baldır.

Estoniyaya 74, Litvaya 61, Latviyaya 59, Gürcüstana 55, Ermənistana 49, Belarusa 41, Türkiyəyə 38, Qazaxıstana 37, Moldovaya 36, Ukraynaya 32, Rusiyaya 29, Özbəkistana 28, Qırğızıstana 27, İrana və Tacikistana 25, Türkmənistana 19 bal verilib.