Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koronavirusun daha bir fəsadı - 47 faiz şikayətlənir



Koronavirusa yoluxduqdan sonra xəstələrin 47 faizi baş ağrısından şikayətlənir.

Bu barədə laboratoriya diaqnostikası həkimi Olqa Malinovskaya danışıb.

O, bildirib ki, COVID-19-dan sonra belə ümumi ağrılı simptom klinikidir.

Onun sözlərinə görə, baş ağrıları hər gün insanlara əzab verməyə başlayır, ağrılı hisslər miqrenlərə bənzəyir, həmçinin səslərə, işığa və qoxulara qarşı həssaslığın artması da müşayiət oluna bilər. Bundan əlavə, həkim qeyd edib ki, xəstələr bütün başı əhatə edən və ya yalnız bir tərəfdə cəmləşən ağrılardan şikayətlənirlər.

O, əlavə edib ki, statistikaya görə, xəstəlikdən sonra yaranan ağrılı simptom sağaldıqdan bir neçə ay sonra yox olur və xüsusi müalicə tələb etmir. Eyni zamanda, sağalmış hər doqquzuncu xəstədə baş ağrısı altı ay ərzində keçir. (publika.az)