Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koronavirus səbəbindən baş verən ölümlər - Yaxın ölkələrin statistikası

İyunun 10-na olan beynəlxalq statistikaya görə, yeni koronavirus infeksiyası 221 ölkə, ərazi və məkanda 6 milyon 328,2 min nəfərin ölümünə gətirib. Yaxın ölkələrdən ən çox Rusiya itki verib: 379813 nəfər.

İranda 141343, Ukraynada 108605, Türkiyədə 98965 ölüm rəsmiləşib.

Qalan yaxın ölkələr belə sıralanır:

Gürcüstan – 16826 ölüm

Qazaxıstan – 13662

Moldova – 11544

Litva – 9150

Ermənistan – 8629

Belarus – 6978

Latviya – 5837

Qırğızıstan – 2991

Estoniya – 2574

Özbəkistan – 1637

Tacikistan – 124.

Azərbaycanda infeksiyaya yoluxmuş 792847 nəfərin 9714-ü vəfat edib, 63-ü aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.

2019-cu ilin dekabrında Çində üzə çıxıb 229 ölkə, ərazi və məkana yayılan infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. (Novator)