Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Koronavirus, qayıdırsan?" - Çində "Omikron" ştammının yeni variantı tapıldı

Çinin şərqindəki Tszyansu əyalətinin Suçjou şəhərində koronavirusun "BA.1.1" Omikron ştammının yeni subvariantı aşkar edilib.

Bu barədə şəhərin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeni subvariant haqqında daha çox məlumat əldə etmək üçün təhlillər və müqayisəyə vaxt lazımdır.

Qeyd edək ki, Omikron koronavirusunun yeni variantı ilk dəfə 2021-ci ildə Botsvana və Cənubi Afrikada müəyyən edilib.