Konqres 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib
23 İyul 2026
ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ölkənin hərbi ehtiyacları üçün 1,15 trilyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Sənədin lehinə 216 konqresmen səs verib, 212 nəfər isə əleyhinə çıxıb.
Qanun layihəsi indi Senatın müzakirəsinə göndəriləcək. Sənəd yuxarı palata tərəfindən təsdiqlənərsə, ABŞ Prezidenti Donald Trampın imzasına təqdim olunacaq.
Qeyd olunub ki, təşəbbüsün Senatda müzakirəsi çətin ola bilər, çünki onun qəbul edilməsi üçün azı 60 senatorun dəstəyi tələb olunur. Daha əvvəl Senat analoji qanun layihəsini rədd edib.
Bundan əlavə, Nümayəndələr Palatası 95 milyard dollar həcmində maliyyələşməni nəzərdə tutan digər qanun layihəsini də təsdiqləyib. Həmin vəsaitin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldilməsi təklif olunur. Sənəd də Senatın baxışına təqdim ediləcək.