Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kliçko: “Kiyev özünümüdafiə mərhələsinə keçib”

“Ukrayna paytaxtı Rusiya işğalçılarına qarşı müdafiə fazasına daxil olub”.

“Report” xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko onlayn brifinq zamanı deyib.

“Hazırda bəzi rayonlarda atəş və partlayış səsləri eşidilir. Ukrayna hərbçiləri rusların diversiya qruplarını məhv edirlər. Təəssüf ki, bəzi diversiya qrupları artıq şəhərə daxil olublar. Düşmən paytaxtı diz çökdürmək, bizi məhv etmək istəyir”, - o deyib.



Kliçko bildirib ki, Kiyevi müdafiə etmək istəyən hər kəs döyüşçülərə kömək olmalıdır.

“Bu gün Silahlı Qüvvələrimiz bizim üçün və dövlətimiz naminə qəhrəmanlıq və fədakarlıq nümayiş etdirir. Ukrayna ordusu Kiyevin müdafiəsini təşkil edir. Vəziyyət mürəkkəbdir, lakin biz Silahlı Qüvvələrimizə inanır, onları dəstəkləyir və kömək edirik”, - mer deyib.

O, şəhərdə fəal hərbi əməliyyatların getdiyini nəzərə alaraq, Kiyev sakinlərini evdə və ya sığınacaqda qalmağa çağırıb.