Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevin şimalı minalanır - FOTO

Ukrayna Silahlı Qüvvələrinin mühəndis və istehkamçı hissələri yolları, meşə zolaqlarını, elektrik xətlərini və tankların hərəkət edə biləcəyi digər yerləri minalayır.

Bu barədə qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini Oleksandr Pavlyuk teleqramda yazıb.

Onun sözlərinə görə, rusiyalıların yenidən Kiyevə hücuma cəhd edəcəyi halda maneələr yaradılır.

Qeyd edək ki, fevralın 25-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinə hücumu aprelin 2-də işğalçı qüvvələrin ağır məğlubiyyəti və geri çəkilməsi ilə başa çatıb. Hazırda vilayət Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.