Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevə raket zərbələri zamanı 10 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiyanın noyabrın 23-də Ukraynaya raket zərbələri 10 nəfərin ölümünə səbəb olub.

Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski feysbukda yazıb.

“Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir. Bu gün çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 10 nəfər həlak olub. Yalnız oktyabrın 10-dan noyabrın 23-dək rusiyalılar ərazilərimizə 600-ə yaxın raket hücumu həyata keçirib”, - DİN rəhbəri qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isı Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronun vurulduğunu açıqlayıb

Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.

Bildirilib ki, Ukraynanın cənubunda 5 ədəd “Lancet” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.