Kiyevə raket zərbələri endirilib: ölən və yaralananlar var
31 Dekabr 2022
Rusiya Ordusu Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib, ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Kiyev meri Vitali Kliçko şəhərin Solomensk, Peçersk və Qoloseevsk rayonlarında partlayışların və dağıntıların olduğunu bildirib, hava hücumu xəbərdarlığı ləğv olunana qədər sakinləri sığınacaqlarda olmağa çağırıb.
Solomensk rayonunda 1 nəfər həyatının itirib, xəsarət alan 3 qadın və 2 kişi xəstəxanaya yerləşdirilib.
Nikolayev şəhərində də partlayışlar qeydə alınıb.