Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var
05 İyun 2026
Kiyevin Obolon rayonundakı poçt terminalında baş verən partlayış rəsmi olaraq terror aktı kimi qiymətləndirilib.
Bu barədə Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, istintaqçılar faktla bağlı terror aktı maddəsi ilə cinayət işi açıblar.
***
10:05
İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə "RBK-Ukraine" Kiyev polisinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.