Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır - İDDİA

Ukrayna müəyyən ərazilərdə lokal atəşkəsə və münaqişənin müvəqqəti dondurulmasına razılıq verməyə hazırdır.

Bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a gözlənilən səfəri zamanı təqdim etməyi planlaşdırdığı plana lokal xarakterli atəşkəs və münaqişənin müvəqqəti dondurulması daxildir.

Nəşrin məlumatına görə, Ukrayna dövlət başçısı yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək və ölkə prezidenti Cozef Baydenlə görüşəcək.